Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərində infotur keçirilib. SİA-nın məlumatına görə, infoturun məqsədi son dövrlər daha da inkişaf edən Naftalan şəhərinin turizm potensialını tanıtmaq və təbliğ etməkdən ibarətdir. İnfoturda yerli turizm şirkətləri və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzi ilə tanış olublar. Burada Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verilib.
Tədbir çərçivəsində "dəyirmi masa" keçirilib. Dəyirmi masada Jurnalistlər Naftalan şəhəri, Naftalan nefti ilə müalicə haqda məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, bu cür müalicə məkanlarını insanlara daha da tnıtmaq lazımdır.
Qeyd edək ki, sonda infoturda fəal iştirakına görə, media nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB