Beynəlxalq Caz Festivalı başa çatıb

Beynəlxalq Caz Festivalı başa çatıb

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının bağlanış mərasimi olub. SİA-nın məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil edilib.

Festival çərçivəsində Azərbaycan musiqiçiləri ilə yanaşı ABŞ, Kanada, Fransa, Almaniya, Niderland, Rusiya və Ukraynanın tanınmış ifaçıları konsert proqramı ilə çıxış ediblər.

Festival günlərində azərbaycanlı ifaçılar Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab öz qrupları ilə, Amerikanın "Fourplay" qrupu, saksofonçu Çarlz Lloyd caz musiqisi həvəskarlarını sevindiriblər. Konsertlər Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilib.

Bakı Beynəlxalq Caz Festivalı gənc istedadlı müğənni, gitaraçı, bəstəkar və prodüser, əslən Kamerundan olan Ntjem Rozinin konserti ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə