Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən noyabr ayının 06-da saat 11ºº-da Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Parkı) Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə