Kamera orkestrı konsert verəcək

Noyabrın 5-də Qara Qarayev adına Dövlət kamera orkestrı konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək.

Orkestrin bədii rəhbəri, Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə reallaşacaq konsertdə Azərbaycan və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə