Mədəniyyətimizi beynəlxalq arenada necə tanıdaq? SEMİNAR

Mədəniyyətimizi beynəlxalq arenada necə tanıdaq? SEMİNAR

Azərbaycan Xalça Muzeyində AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən "Mədəniyyətimizin beynəlxalq arenada tanıdılması və bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, seminarı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev açaraq çıxış üçün sözü Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Asif Usubəliyevə verib.

Seminarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı əməkdar mədəniyyət işçisi, Azərbaycan Yaradıcılıq Fondu sədrinin birinci müavini Rafiq Kaşanlı, kulturoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru Fuad Məmmədov, Azərbaycan Rəssamlar İttifaqı və Rəssam Karikaturaçılar Cəmiyyətinin üzvü, Gürcüstan Rəssamlar Ittifaqının fəxri üzvü, tanınmış rəssam, heykəltəraş, qrafik, karikaturaçı, jurnalist və yazıçı Mir-Teymur Məmmədov, Milli Kulinariya Mərkəzinin Baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov, Milli Elmlər Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan universitetindən və digər dövlət və qeyri-hökumət təşkilatlarından nümayəndələr iştirak ediblər.

MEMM-im Elmi araşdırmalar şöbəsinin "Milli mədəni irs nümunələrinin tədqiqi və təbliği" sektorun baş metodisti Şəlalə Kəsəmənli mövzu haqqında qısa məlumat verib.

Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı özünün geniş əhatəli fəaliyyəti ilə tarix yazan Heydər Əliyev Fondunun beynəlxalq aləmdəki fəaliyyəti haqqında, professor Fuad Məmmədov respublikanın llk qeyri-hökümət təşkilatı olan "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycan mədəniyyətinin, kulturoloji maaarifçiliyin beynəlxalq aləmdə təbliği istiqamətindəki fəaliyyəti haqqında, Milli Kulinariya Mərkəzinin Baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov milli mətbəx mədəniyyətimizin tədqiqi və beynəxalq aləmdə təbliği haqqında, Azərbaycan Rəssamlar ittifaqının üzvü, tanınmış keramika ustası, heykəltəraş, qrafik Mir-Teymur Məmmədov xarici ölkələrdə milli keramika sənətinin təbliği haqqında, AR Rəssamlar Ittifaqının katibi, xalq rəssamı, professor Ağəli İbrahimov incesənət və mədəniyyət haqqında, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev mədəniyyətin tanıdılması haqqında maraqlı və məzmunlu məruzələrlə çıxış ediblər.

Seminarın sonunda Tofiq Quliyev adına 12 saylı müsiqi məktəbinin tar müəllimi Emin Eminli və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi əməkdaşı Zəbulla Quliyev musiqi nömrəsi ilə çıxış ediblər.

Yekun olaraq MEMM-in direktoru cənab A.Usubəliyev seminarın milli mədəniyyətimizin beynəlxalq arenada tanıdılması istiqamətində dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin fəaliyyətinin daha yaxından tanış olmaq məqsədini daşıdığını bir daha vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə