MTN tərəfindən lisenziya verilməsi dayandırılıb

MTN tərəfindən lisenziya verilməsi dayandırılıb

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Fərmanı"nın icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb. SİA-nın məlumatına görə, Fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə təşkil ediləcək.

Fərman Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi daşıyır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və turizm fəaliyyətlərinə (ayrı-ayrılıqda) lisenziya verilən təşkilatların siyahısına aşağıda verilmiş linklər vasitəsi ilə tanış ola bilərsiniz:

1. Mehmanxana faliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin siyahısı

2. Turizm faliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin siyahısı

Bütün xəbərlər Facebook səhifəmizdə