Nizami Kino Mərkəzində görkəmli kinooperatoru və kinorejissoru, xalq artisti Cavanşir Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev Xalq Artistinin sənətə olan sevgisindən və professional sənətkarlıq qabiliyyətinin ona dünyada şöhrət qazandırmasından söz açıb.
Diqqətə çatdırılıb ki, Cavanşir Məmmədov tamaşaçıların rəğbətini qazanmış "Xəzər neftçiləri haqqında dastan", "Dənizi fəth edənlər" , "Xəzər dənizçiləri" , "416-cı", "Təbiətin dostları", "Keçmişin şahidləri", "Azərbaycan mədəniyyətinin baharı", "Azərbaycan elmi", "Lənkəran", "Lahıc dağlarında əks-səda" sənədli, "Görüş", "Mahnı belə yaranır" bədii filmlərini və digər ekran əsərlərini çəkib. O, respublikada xronika və sənədli filmlərin əsasını qoyub. Çəkdiyi müxtəlif filmlər mövzu, sənətkarlıq baxımından həmişə fərqlənib, milli koloriti, maraqlı detalların tətbiqi ilə diqqəti cəlb edib.
Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə Cavanşir Məmmədov haqqında olan xatirələrini bölüşərək onun 60 il kinematoqrafiya sahəsinə xidmət etdiyini diqqətə çatdırıb.
Cavanşir Məmmədovun qızı Almaz Məmmədova tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, sonda sənətkarın operatoru olduğu "Xəzər neftçiləri haqqında dastan" sənədli filminin yeni bərpa olunmuş nüsxəsi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB