Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə infotur keçirilir. SİA-nın məlumatına görə, "Azərbaycanda arxeoloji turizm" adlı mədəni turizm marşrutunun iştirakçıları Tovuz rayonunda yerləşən Göytəpə qədim yaşayış məskəni ilə tanış olublar.
Məlumat verilib ki, Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.
Eramızdan əvvəl VI minilliyə aid olan Göytəpə qədim yaşayış yerinin tədqiqatçısı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevdir. Burada yerli mütəxəssislərlə yanaşı, Tokio Universitetinin əməkdaşları və Fransa arxeoloqları da tədqiqat aparır. Hazırda qış mövsümü ilə əlaqədar olaraq qazıntılar dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB