Fikrət Qocanın yubileyi Moskvada qeyd olunacaq

Fikrət Qocanın yubileyi Moskvada qeyd olunacaq

Oktyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq Şairi Fikrət Qocanın 80 illik yubileyi Moskvada qeyd olunacaq. AYB-dən SİA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Rusiyadakı səfirliyinin və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin təşkilatçılığı ilə tədbir Mərkəzi Yazıçılar Evində keçiriləcək.

Xalq Yazıçısı, AYB-in sədri Anar, Moskva Yazıçılar Birliyinin üzvləri, Rusiyanın tanınmış qələm adamları tədbirdə iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə Xalq artistləri - Mələkxanım Əyyubova və Azər Zeynalov Fikrət Qocanın sözlərinə yazılmış mahnıları ifa edəcəklər, Əməkdar Artist Ağalar Bayramov Fikrət Qocanın şeirlərindən seçmələr söyləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə