Oktyabr ayının 13-dən 19-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ictimai birliyi və Koreya Fondunun birgə təşkilatçılığı ilə Koreya Respublikasında Azərbaycan Kinosu Festivalı keçirilmişdir. Rasim Balayev, Ayaz Salayev, İlqar Nəcəf və Cahangir Məmmədovdan ibarət Azərbaycan nümayəndə heyəti Koreyada kinomuzu təmsil edib. SİA-nın məlumatına görə, paytaxt Seulun "Mirror Center" Mədəniyyət Mərkəzində festivalın açılışı münasibəti ilə qəbul təşkil olunmuş və qəbulda Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, diplomatik missiyaların rəhbərləri, yerli ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər. Daha sonra festivalın açılışında çıxış edən Rasim Balayev və İlqar Nəcəf Azərbaycan kinosu, həmçinin həmin gün nümayiş etdirilən "Buta" bədii filmi haqqında tamaşaçılara məlumat veriblər.
Festival günlərində Azərbaycanın "Arşın mal alan", "O olmasın, bu olsun", "Bəxtiyar", "Ögey ana", "Əhməd haradadır?", "Dəli kür", "Ad günü", "Qaynana", "Girov", "Buta" və "Axınla aşağı" bədii filmləri Koreya tamaşaçılarına təqdim olunub.
Qeyd edək ki, cari ilin iyul-avqust aylarında ölkəmizin bir neçə şəhərində Koreya Kinosu Festivalı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB