9 gün ərzində 26 tamaşa FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının ikinci yarısı 9 gün müddətində teatrsevərlərə 25 tamaşa təqdim edəcək. SİA-nın məlumatına görə, tamaşalardan 16-sı yerli teatrsevərlər üçün, 10-u isə xarici ölkədə qastrol səfərində nümayiş ediləcək.

Tamaşalar həm teatrın daimi qonağı olan məktəblilər, həm də axşam tamaşaları olaraq gənclər və yaşlı nəsli maraqlandıran mövzulara həsr olunub.

Məktəblilər oktyabrın 17-18 tarixlərində saat 12.00-da "Balaca və damda yaşayan Karlson" (A.Tolstoy) və "Ələddinin sehrli çırağı" (Ərəb Xalq nağılı) tamaşalarına baxacaqlar. Həmin günlər böyüklər üçün isə İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" və Ə.Əmirlinin "Hasarın o üzü" təqdim ediləcək.

Oktyabr ayının 21-də saat 16.00-da Ə.Əmirlinin "Mən səni sevirəm", 23-də saat 19.00-da V.Siqarevin "Ağ ölüm", 24-də saat 09.30, 12.00-da S.S.Axundov, A.Şaiqin "Qaraca qız", saat 19.00-da Elçinin "Buzovna kəndinin əhvalatları", oktyabr ayının 25-də saat 12.00 və 14.00-da Xalq nağılı "Qoğalın nağılı", axşam saat 19.00-da isə Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşası nümayiş olunacaqdır.

Kollektiv oktyabrın 26-dan 30-a dək Rusiyanın Elista şəhərində 10 tamaşa təqdim edəcəkdir. Səfərdən sonra, oktyabr ayının 31-də saat 12.00 və 14.00-da "Dəcəl keçi" (Pərvin), axşam saat 19.00-da "III Riçard" (U.Şekspir) tamaşası teatrsevərlərin diqqətinə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə