Şokoladla master- klass

Muzey Mərkəzinin binasında keçirilən "Nikolya" Şokolad Muzeyinin müəllif sərgisi 16-17 oktyabr tarixləri dövründə şokolad möcüzələri yaradaraq master- klass seriyaları təqdim edəcək. Arzu edən hər bir şəxs ustad dərslərində iştirak edə bilər. Dərsləri müəllif və eyni zamanda "Nikolya" Şokolad Muzeyinin yaradıcısı tanınmış şokolatye Nikolay Popovun tələbəsi keçirəcək.
Master- klassda iştirak edən hər bir şəxs öz əli ilə unikal şokolad- marzipan açıqçalar düzəldə və özləri ilə götürə biləcəklər.
Master-klass zamanı iştirakçılar:
- Şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaqlar
- Şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcəklər
- Şokolatyedən çoxlu "şirin" sirrlər öyrənəcəklər
Dünya turu çərçivəsində dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya" Şokolad Muzeyi bu dəfə Bakıdadır.! Artıq ilk həftədən sərgidə 10000-ə yaxın insana müəllif tərəfindən şokoladdan yaradılan möcüzələri görmək nəsib olub.
200 kvadrat metrlik sahədə ümumi çəkisi 900 kiloqramdan artıq olan yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatları, o cümlədən şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və kompozisiyalar təqdim olunur. Bununla yanaşı sərgidə şokoladın tarixi və bu haqda maraqlı faktlarla tanış olmaq imkanı olacaqdır.
Bakıdakı sərgisi üçün məşhur şokolatye Nikolya xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş şokoladdan bir sıra sənət əsəri hazırlayıb. Burada 70 kiloqramdan artıq çəkisi olan "Qız qalası" şokolad miniatürü, Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, FlameTowers binalarını əks etdirən əsərləri, eləcə də marzipan meyvə və gülləri, şokolad manqalı və digər əsərləri görmək olar.
Müəllif 5 iyun tarixində çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçirilən Birinci Avropa Oyunlarına həsr etdiyi dünyanın ən nəhəng şokolad rəsmini təqdim etdi. Bununla yanaşı, məşhur şokolatye sərgi zamanı satışa çıxarılan xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları təqdim edir. Yeyilməsi mümkün olan bu suvenirləri hər bir ziyarətçi ala bilər.
"Nikolya" Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. 5 il ərzində sərgini 500.000-dən artıq tamaşaçı ziyarət etmişdir. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə