Beynəlxalq Kulinariya Günü ilə əlaqədar ilk dəfə olaraq "Beynəlxalq Çay Festivalı" keçiriləcək. SİA-nın məlumatına görə, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər (səfirliklər) tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunacaq.
Tədbirdə Yaponiya, Koreya, Çin, İran, Hindistan və başqa ölkələrin çay mərasimləri göstəriləcək. Görülən işlər haqqında hesabat veriləcək, gələcək planlar barədə danışılacaq. Aşpazların əl işləri nümayiş etdiriləcək.
Qeyd edək ki, tədbir 20 oktyabr tarixində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB