Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 tamaşa nümayiş olunacaq. Teatrın Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 9, 10, 11 oktyabr tarixlərində saat 19.00-da tamaşaçılara "Qızıl toy" (O. Kazımi, R. Heydər), "Fransızsayağı qarnir" (M. Kamoletti) və "www.ferzeli-kef.com" (E. Sabitoğlu, C. Məmmədov) təqdim olunacaq. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 10 oktyabr saat 19.00-da M. Kamolettinin "Fransızsayağı qarnir" əsəri rus dilində nümayiş olunacaq. Bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB