“Sevil” operası nümayiş olunacaq

“Sevil” operası nümayiş olunacaq

Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində, görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operası yenidən nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşanın rejissoru, Əməkdar İncəsənət Xadimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir.

Tamaşada əsas rolları xalq artisti Azər Zeynalov (Balaş), əməkdar artistlər - Zemfira İsmayılova (Sevil) və Gülnaz İsmayılova ( Dilbər) ifa edəcəklər. Operanın dirijoru Əyyub Quliyevdir.

Qeyd edək ki, Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı bu opera elə həmin ildə də Opera və Balet Teatrında tamaşaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə