“Xəcalət” FOTOLAR

Füzuli Dövlət Dram Teatrı Hüseynbala Mirələmovun "Xəcalət" əsərini Horadiz şəhər 3№-li tam orta məktəbin müəllim və şagird kollektivinə təqdim edib. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Fatimə Səfərəliyeva, Elçin Məmmədov, Elşən Gözəlov, Sehran Xanlarov və başqaları çıxış edib.

Tamaşadan sonra bildirilib ki, son bir il ərzində məktəblilərin teatra marağı daha da artıb. Vətənpərvərlik mövzusunda olan bu əsər şagirdlərdə vətənə sevgi hisslərini artırır. Ermənilərin xalqımızın başına gətirdiyi müsibətləri bir daha xatırladaraq onlarda düşmənə nifrət yaradır.

Qeyd edək ki, "Xəcalət" tamaşasının bütün məktəb kollektivi tərəfindən bəyənildiyi xüsusi qeyd edilib. Daha sonra xatirə şəkili çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə