Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Teatr Xadimləri İttifaqı (ATXİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Əməkdar Artist Məcnun Hacıbəyovun 80 illik yubileyi keçirilib. SİA-nın məlumatına görə, tədbiri xalq artisti Hacı İsmayılov açaraq sənətkarı təbrik edib. Diqqətə çatdırıb ki, ömrünün 50 ilini səhnəyə həsr edən Məcnun Hacıbəyov Milli Dram Teatrında, televiziya tamaşalarında oynadığı xarakterik, tipik obrazları ilə yadda qalıb.
AXTİ-nin sədri, Xalq Artisti Azərpaşa Nemət istedadlı aktyorun obrazları, yumorlu ifadələri barədə söhbət açıb. Onu rəhbərlik etdiyi qurum tərəfindən təsis olunan "Sənətkar" medalı ilə təltif edib.
Tədbirdə müxtəlif teatrların əməkdaşları Məcnun Hacıbəyovla bağlı maraqlı hadisələrdən söhbət açıb, təmsil etdikləri mədəniyyət ocaqları adından yubilyarı təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB