Hər il olduğu kimi bu il də Bakı Uşaq Teatrı həm uşaq, həm də böyüklər üçün 2 tamaşa ilə yeni mövsümünü açır. SİA-nın məlumatına görə, "Tıq-tıq xanım" tamaşası ilə öz balaca tamaşaçıları ilə görüşən teatr 7 oktyabr saat 12:00 da Bakı Uşaq Teatrının müvəqqəti yerləşdiyi məkanda - Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında, böyüklər üçün olan "Günahsız Günahkarlar" tamaşası ilə çıxış edəcək.
Müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan tamaşa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsi ilə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?
Qeyd edək ki, Bakı Uşaq Teatrı maarifləndirici tamaşaların hazırlanmasında çoxillik təcrübəyə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB