Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin effektiv fəaliyyətinin təmin olunması, mədəniyyət məsələləri üzrə aktual problemlərin təhlili, habelə müəssisənin əməkdaşlarının nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə Mərkəz tərəfindən silsilə xarakterli elmi seminarların keçirilməsinə start verilib. SİA-nın məlumatına görə, Mərkəzdə ilk seminar təşkil olunub. Müəssisənin direktoru Asif Usubəliyev seminarın açılışında Nazirliyin rəhbərliyi tərəfindən verilən tapşırıqların effektiv icra olunması, habelə total qloballaşma prosesləri, münaqişə və müxtəlif dözümsüzlük tendensiyaları ilə seçilən bir dövrdə mədəniyyət amilinin artan aktuallığını nəzərə alaraq, sahədə çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin dəstəklənməsi prioritet vəzifələrindən olduğunu vurğulayıb.
Daha sonra Mərkəzin 3 əməkdaşı F.Nəcəfov, C.Həziyev və G.Əliyeva müvafiq olaraq "Mədəni inkişafda milli mentalitet faktoru", "Azərbaycan mədəniyyət strategiyasının inkişafı" və "Azərbaycanın mədəniyyət siyasəti" mövzuları üzrə çıxış etmişlər. Geniş fikir mübadiləsi ilə davam olunan seminarda eyni zamanda müəssisənin gələcək prioritet fəaliyyət istiqamətləri də müzakirə olunub.
Qeyd edək ki, mütəmadi şəkildə təşkil olunacaq seminarlar açıq xarakterlidir və bu tədbirdə iştirak sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB