Sevda Məmmədəliyeva səfirlə görüşüb

Sevda Məmmədəliyeva səfirlə görüşüb

Bu gün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın vəziyyəti və gələcək prespektivlər müzakirə edilib. Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Görüşdə iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə turizm marşrutlarının inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Səfir Teymuraz Şaraşenidze tərəfindən səmimi qəbula görə nazir müavininə təşəkkür bildirildi, həmçinin Gürcüstan - Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə