BƏƏ-də Azərbaycan haqqında jurnal nəşr olunub

BƏƏ-də Azərbaycan haqqında jurnal nəşr olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən populyar qəzeti olan "Gulf news" Azərbaycanın Dubaydakı baş Konsulluğunun təşəbbüsü ilə bu ölkədə ilk dəfə Azərbaycan haqqında jurnal nəşr edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, jurnalda "Bakı-2015" ilk Avropa oyunlarının açılış mərasimi, 93 ölkəyə birbaşa yayımlanan idman yarışlarının bir milyarddan çox insanın izlədiyi, 2014-cü il ərzində "Google" axtarış sistemi vasitəsilə 33 milyon insanın Azərbaycan haqqında məlumat axtardığı bildirilib ki, bunun da 70%-nin oyundan əvvəlki aylarda rast gəlindiyi qeyd olunub.

Ölkəmizin potensial turistlərdə yaratdığı yüksək fikirlərin təzahürlərini ilin sonu qış turizm mövsümünün başlanğıcında və ya növbəti yay mövsümündə şahidi olacaqları bildirilib.

Məqalədə həmçinin elektron viza tətbiqi qaydaları haqqında da məlumat verilib.

Azərbaycanda 23 beşulduzlu və 41 dördulduzlu otel xüsusiyyətlərinə malik 530 otelin 35 mindən çox turist qəbul edə biləcəyi vurğulanan məqalədə bir sıra brend otellər olan Hilton, Four Seasons, Fairmont, JW Marriott, Hyatt və Kempinskini və Jumeirah Bilgah Beach Hotel haqqında da məlumat verilir.

Məqalədə qeyd olunur ki, ölkəmizdə spa, xizək və sağlamlıq turizm növləri geniş populyarlıq qazanmışdır və mineral bulaqların, palçıq vannalarının və neft müalicə mərkəzlərinin ölkəyə turistlərin gəlməsində mühüm rolu vardır.

Məqalədə Azərbaycanda 2016-cı ildə keçiriləcək "Formula 1" yarışı, Dünya Şahmat Olimpiadası, 2017 İslam Həmrəylik Oyunları və "Avro 2020" yarışlarının keçiriləcəyi haqda məlumat verilmiş və nazir Əbülfəs Qarayevin "Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, turizm sektorunun yüksək keyfiyyətli inkişafı üçün bizə böyük məsuliyyət qoyur" açıqlaması da yer alıb.

Nəşrdəki yazılar ayrı-ayrılıqda üç məqalə şəklində "Gulf News" qəzetinin 6 sentyabr tarixli buraxılışında dərc olunub.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://gulfnews.com/gn-focus/country-guides/reports/azerbaijan/azerbaijan-a-new-hot-ticket-tourist-destination-1.1577814

Bütün xəbərlər Facebook səhifəmizdə