23-24 aprel 2015-ci il tarixində İsveçrənin Lüsern şəhərində keçirilmiş "Lüsern Dünya Turizm Forumu"nda Azərbaycan qonaq ölkə qismində iştirak edib. SİA-nın məlumatına görə, ölkəmizin bu mötəbər tədbirdə xüsusi statusda iştirakının davamı olaraq 2016-cı ilin 05 - 07 mart tarixlərində Forumun Beyin Mərkəzinin növbəti toplantısının (WTFL Think Tank) Bakı şəhərində keçirilməsi planlaşdırılır.
Toplantıda BM Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, eləcə də dünyanın məşhur brend mehmanxana və turizm şirkətlərinin icraçı direktorların, bir neçə ölkənin turizm nazirlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edilən tədbirin Bakıda keçirilməsi, ölkəmizin zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB