Habil Əliyevdən xəbər var

"Mətbuatda xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin vəfatı xəbəri yayılıb. Lakin sözügedən məlumat tamamilə yanlışdır". Bu barədə SİA-ya xalq artistinin evində çalışan köməkçisi Səadət Məmmədova məlumat verib.

O bildirib ki, Habil Əliyevin vəziyyəti ağır olsa da, özü həyatdadır: "Ağzında oksigen aparatı var və komadadır. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. 24 saat həkim nəzarətindədir. Sistem qoşulur. Vəfatı barədə yayılan xəbərlər əsassızdır. Biz Allahdan ümidimizi üzmürük".

Bütün xəbərlər Facebook səhifəmizdə