“Azərbaycan - Şərqin Avropa cazibəsi"

“Azərbaycan - Şərqin Avropa cazibəsi"

Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı Kolumbiyanın Medelin şəhərində keçiriləcək Təşkilatın Baş Assambleyasının 21-ci İclası çərçivəsində turizm video çarxları üzrə müsabiqə keçirir. SİA-nın məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd turizmin marketinqi sahəsində multimedia vasitələrindən istifadənin əhəmiyyətini vurğulamaqla onun geniş istifadəsini təbliğ etməkdir.

Sözügedən müsabiqədə ölkəmiz "Azərbaycan - Şərqin Avropa cazibəsi" adlı çarxla təmsil olunur.

Bildiririk ki, BMÜTT-nin turizm video çarxları üzrə müsabiqəsinə "online" səsvermə hal-hazırda açıqdır. Səsvermədə cari ilin 10 sentyabr tarixinədək aşağıdakı link vasitəsilə iştirak etmək mümkündür.

http://lmd.unwto.org/webform/vote-now-your-favorite-video

Bütün xəbərlər Facebook səhifəmizdə