Amerikanın məşhur rejissoru Ues Kreyven vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ağır beyin xərçəngindən əziyyət çəkən U.Kreyven 76 yaşında Los-Ancelesdə dünyasını dəyişib.
Qeyd edək ki, Ues Kreyvenə 1972-ci ildə çəkdiyi "Soldan sonuncu ev" debüt filmi şöhrət gətirib. Rejissor dünya şöhrətini isə "Qarağac küçəsində dəhşət" (1984) filmindən sonra qazanıb. O, həmçinin "Çığırtı" filmlərinin rejissorudur. Kreyven öz karyerası ərzində təqribən 30 film ekranlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB