Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami əl-Aydi Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli ilə görüşüb. SİA-nın məlumatına görə, Misir Mədəniyyət Mərkəzində keçirilən görüşdə qurumun yaranma tarixi və fəaliyyətindən söz açılıb. Söhbət zamanı iki ölkə yazıçılarının hekayələrinin birgə antologiyasının hazırlanması, yazıçı və şairlərin qarşılıqlı səfərlərinin təşkili, Azərbaycan və Misir uşaq kitabxanaları ilə birlikdə "Dost kitabxana" çərçivəsində tədbirlərin keçirilməsinə dair təkliflər səslənib. Azərbaycan və Misir şairlərin yaradıcılıq gecələrinin keçirilməsi təklifi də irəli sürülüb.
Qeyd edək ki, Vaqif Bəhmənli Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi bir neçə kitabı Misir Mədəniyyət Mərkəzinin müdirinə hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB