Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü Xalq Yazıçısı, dramaturq İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə açacaq. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən xəbər verilib.
Hər zaman olduğu kimi bu dəfə də Milli Dram Teatrı öz ənənəsinə sadiq qaldı. Teatr hər il mövsümü sözügedən tamaşa ilə açır.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri İlham Əsgərov, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, əməkdar artistlər Elxan Quliyev, Əjdər Həmidov, aktyorlar Əminə Babayeva, Rövşən Kərimduxt, Anar Heybətov və başqaları ifa edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB