Milli Kitabxanada treninqlər başladı

Milli Kitabxanada treninqlər başladı

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 10 günlük treninqlər təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, treninq sayca dördüncüdür. Qax, İmişli, Zərdab, Ağcabədi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm ALİSA proqramında işləmək üçün MARC 21 formatını öyrənəcək, həm də ALİSA-da iş vərdişlərini mənimsəyəcəklər.

Qeyd edib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən iş prosesləri ilə yaxından tanış olacaq, yeni iş üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Sonda müdavimlər sertifikatla təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə