Uşaqlar üçün pulsuz film FOTOLAR
Bu gün Nizami Kino Mərkəzi "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası" layihəsinə dəstək olaraq baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən "Dərs " filminin nümayişini keçirib. Mərkəzdən SİA-ya verilən məlumata görə, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür.

Ekran əsəri, uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.

Filmdəki rollara Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər.

Filmdən sonra İctimai Birliyin sədri Nazir Quliyev və birliyin hüquqşünası Nuriyyə Abbasova uşaqların və öz adlarından təşəkkürlərini bildirib, kinomərkəzlə əməkdaşlıqlarından razı qaldıqlarını söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə