Xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının aktrisası Sofiya Hüseynova dünyasını dəyişib. SİA-nın məlumatına görə, xalq artisti 89 yaşında həyatla vidalaşıb.

Nəzərinizə çatdıraq ki, Sofiya Hüseynova xalq artisti Rafael Dadaşovun anasıdır.

Qeyd edək ki, Sofiya Hüseynova 1926-cı ildə Bakıda doğulub. Atası Həsən hərbçi olub və göndərişlə Naxçıvana işləməyə gəlib. Anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. Sofiya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Hələ məktəbliykən uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-da işlədikdən sonra yenə Naxçıvana qayıdıb. 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə