Nizami Kino Mərkəzi uşaq evinin sakinlərini film izləməyə dəvət edib FOTO

Nizami Kino Mərkəzi uşaq evinin sakinlərini film izləməyə dəvət edib FOTO

Nizami Kino Mərkəzi Müqəddəs Ramazan Bayramı münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1№-li Ailə Tipli kiçik qrup evinin uşaqları üçün pulsuz film nümayişi keçirib. SİA-nın məlumatına görə, 1№-li Ailə Tipli kiçik qrup evinin müdiri Süsən Nəbiyeva filmi izləməyə gələn uşaq və müəllimlər adından kinomərkəzin əməkdaşlarına təşəkkürlərini bildirib və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu ediblər.

Qeyd edək ki, bu sırada kinomərkəzin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə