Bakıda Fransanın müstəqillik günü qeyd edilib FOTO

Bakıda Fransanın müstəqillik günü qeyd edilib FOTO

Bakıda Fransanın müstəqillik gününə həsr olunmuş tədbir Azərbaycan və Fransanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, səfirlər, mədəniyyət və ictimai xadimlər iştirak edib.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qonaqları salamlayaraq Fransa-Azərbayca əlaqələrindən danışıb: "Fransa və Azərbaycan arasında təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə çox yaxşı münasibətlər var."

Səfir həmçinin Bakı-2015 I Avropa oyunlarının çox böyük uğur olduğunu vurğulayıb: "Azərbaycan Bakı-2015 I Avropa Oyunlarını çox uğurla keçirdi. Fransa Azərbaycana dəstək olaraq oyunlarda böyük - 250 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub, və 5-ci pilləyə sahib olub". P. Mönye Tehranın nüvə məsələsinə dair İran və "Altılıq" arasında əldə olunan razılığı, və Almaniya-Fransa komandasının birgə səyi nəticəsində Yunanıstanın avrozonada qalmasını qeyd edərək 2015-ci ili çox məhsuldar adlandırıb.

Daha sonra Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan hökuməti adından Fransız xalqını müstəqillik günü münasibətilə təbrik edib. "Azərbaycan və Fransa rasında münasibətlər bütün sahələrdə, xüsusən də siyasət, iqtisadiyyat,mədəniyyət və təhsil sahəsində çox yaxşı inkişaf edib. İkitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə Azərbaycan və Fransa hökuməti arasında İqtisadi Komissiya və Azərbaycan-Fransa parlamentlər arası işçi qrup fəaliyyət göstərir". "Biz inanırıq ki, Fransa hökuməti ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın Ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək", deyə S. Məmmədəliyeva qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə