Mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır. Nazirlikdən SİA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:

Bakı şəhəri:

1. "Qafqaz Baku City Hotel & Residences" mehmanxanası (4 ulduz),

2. "Premier Expo Hotel" mehmanxanası (4 ulduz).

Lənkəran şəhəri:

3. "Luxe Lankaran Hotel" mehmanxanası (4 ulduz).

Astara şəhəri:

4. "Şindan" mehmanxanası (4 ulduz).

Balakən şəhəri:

5. "Qubek" mehmanxanası (4 ulduz).

Şəki şəhəri:

6. "Küngüt" mehmanxanası (3 ulduz).

Zaqatala şəhəri:

7. "İS Hotel" mehmanxanası (3 ulduz).

Bütün xəbərlər Facebook səhifəmizdə