Konqreslər Bürosu media nümayəndələri üçün brifinq təşkil edəcək

Konqreslər Bürosu media nümayəndələri üçün brifinq təşkil edəcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu media nümayəndələri üçün brifinq təşkil edəcək. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbir cari ilin 6 iyul tarixində baş tutacaq. Tədbirdə 40-a qədər media nümayəndəsinin iştirak etməsi nəzərdə tutulur.

Brifinqin əsas məqsədi media nümayəndələrini Büronun fəaliyyəti ilə yaxından tanış etmək, Büro ilə Görüşlər Sənayesinin əməkdaşlığının mahiyyəti və nəticələri barədə məlumatlandırmaq və ümumilikdə Büronun fəaliyyətlərinin ölkəmiz üçün nə kimi rol oynadığını anlatmaqdır.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Büronun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətədavamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı yaratmaq və inkişaf etdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə