Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Zaqatala rayonunda "Azərbaycan multikulturalizmi" mövzusunda mühazirə keçirib. SİA-nın verdiyi məlumata görə, Mərkəzin Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov tədbir iştirakçılarına multikulturalizm dəyərləri və onların müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında məlumat verib. Rəşad İlyasov Azərbaycanın multikultural siyasəti, multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərinə diqqət çəkərək dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb.
Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayonun gəncləri, ziyalıları, müxtəlif etnik və dini icma nümayəndələri iştirak edib.
Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi: səyyar dərslər" layihəsi çərçivəsində reallaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB