“Cümhuriyyətin ilk sədası”

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 133-cü teatr mövsümünə yekun vurur. Teatrdan SİA-ya verilən məlumata görə, mövsümün son tamaşası türkiyəli yazıçı Dəmət Çizməlinin əsəri əsasında hazırlanmış "Cümhuriyyətin ilk sədası"dır

İyunun 30-da nümayiş olunacaq tamaşa qardaş ölkədə 1919-1923-cü illərdə baş verən hadisələrdən bəhs edir.

Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Səhnə əsərində əsas rolları - Atatürkün obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda isə əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə