Ölkəmizə gələnlər "Billur saray"a düşəcək

Ölkəmizə gələnlər "Billur saray"a düşəcək

İlk Avropa Oyunlarının 3-cü günü Səməd Vurğun adına Rus Dram Teatrı İlyas Əfəndiyevin "Billur sarayda" tamaşasını nümayiş etdirəcək. SİA-nın məlumatına görə, tamaşaya 3 yeni aktyor cəlb olunub.

Rus Dram Teatrının gənc aktyorları Oleq Əmirbəyov, Teymur Rəhimov və akrtisa Natəvan Hacıyeva tamaşada ilk dəfə oynayacaq.

Səhnə əsəri iyunun 14-də və 25-də tamaşaçılara təqdim ediləcək.

"Billur sarayda" tamaşasının rejissoru teatrın baş rejissoru, xalq artistiAleksandr Şarovski, bəstəkarı əməkdar incəsənət xadimi Vaqif Gərayzadədir. Rolları xalq artisti Fuad Poladov, əməkdar artistlərdən Natalya Şarovskaya, Fuad Osmanov, Natalya Baliyeva və başqaları ifa edir.

Qeyd edək ki, tamaşalar ingilis dilində subtitrlərlə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə