Mingəçevir Dövlət Dram Teatrı "İki yetimin taleyi" adlı tamaşa nümayiş olunacaq. SİA-nın verdiyi məlumata görə, yazıçı-dramaturq Əli Əmirlinin "Xoşbəxt gün" əsərinin motivləri əsasında hazırlanan tamaşa xalq artisti Vaqif Əsədovun quruluşunda təqdim olunacaq.
Tamaşada əməkdar artistlər Akif Mirabov, Ella Yaqubova, aktyorlar Afət Əliyeva, Asim Məmmədov və başqaları rol alıblar.
Qeyd edək ki, tamaşa iyunun 14-də Mingəçevir Dövlət Dram Teatrında teatrsevərlərin ixtiyarına veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB