İyunun 9-da Mahnı Teatrında Azərbaycanın görkəmli müğənnisi, xalq artisti Rəşid Behbudovun xatirəsi anılacaq. SİA-nın verdiyi məlumata görə, müğənninin adını daşıyan Mahnı Teatrında anım günü ilə bağlı konsertin son məşqləri gedir. Konsertdə R.Behbudovun bir zamanlar ifa etdiyi mahnılar səslənəcək.
Qeyd edək ki, iyunun 11-də görkəmli müğənninin adını daşıyan 2 nömrəli Musiqi Məktəbinin tələbələri də Mahnı Teatrının səhnəsində konsert proqramı ilə çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB