AMDT-ı bölgələrə qastrol səfərinə gedib

AMDT-ı bölgələrə qastrol səfərinə gedib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi bölgələrə qastrol səfərinə yollanıb. SİA-nın verdiyi məlumata görə, teatr ilk tamaşanı Saatlıda nümayiş etdirib.

Teatr Cəlil Məmmədquluzadənin "Anamın kitabı" və Abdulla Şaiqin "Danışan gəlincik" səhnə əsərlərini göstərib. Akademik Milli Dram Teatrının kollektivi növbəti tamaşanı İmişlidə nümayiş etdirəcək.

İyunun 9-da İmişli sakinləri Hüseynbala Mirələmovun "Xəcalət" tamaşasına baxmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, teatr qastrol səfəri çərçivəsində şimal-qərb rayonlarında yaşayan tamaşaçılar qarşısında hər 3 tamaşanı nümayiş etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə