Azərbaycan mətbəxinin Braziliyada tanıdılması məqsədi ilə Səfirlik tərəfindən Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən manqal salatı, qutab, şah plov, ləvəngi, paxlava və Azərbaycanın digər məhşur mətbəx nümunələri hazırlanıb.
Adıçəkilən tədbirdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Braziliya Senatında Braziliya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Kristovam Buarke, Braziliya Deputatlar Palatasında Braziliya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Klaudio Kajado və Braziliya parlamentinin çoxsaylı üzvləri iştirak ediblər. Braziliyalı parlamentarlar Azərbaycan milli yeməkləri ilə tanış olduqdan sonra, milli mətbəximizin zənginliyindən təəssüratlandıqlarını bildiriblər.
Tədbirin uğurunu nəzərə alaraq, Braziliya tərəfi gələcəkdə yenidən Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı Səfirliyə müraciət edib.
Tədbir keçirilən zalın qarşısında Azərbaycana həsr olunmuş banerlər quraşdırıldı və iştirakçılara ölkəmizin zəngin mədəniyyəti və mətbəxinə dair portuqal dilində jurnallar paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB