“Müstəqilliyimizin nəbzi”

Mayın 27-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Respublika Gününə həsr olunmuş "Müstəqilliyimizin nəbzi" adlı tədbir-sərgi təşkil olunacaq. Muzeydən SİA-ya verilən məlumata görə, muzeydə təşkil olunacaq tədbir Azərbaycan İstiqlal Muzeyi, "Avrasiya Beynəlxalq Problemləri Araşdırma İnstitutu" və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi ilə birgə keçiriləcək. Sərgidə Türkiyəli rəssam, sabiq bank əməkdaşı İlhan İşbaşı və Azərbaycanlı rəssamlar Səyyar Əliyev, Zaur Mirzəyev, Bayram Bayramov və Natiq Nəcəfzadənin əl işləri nümayiş olunacaq.

Tədbirdə rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə