Litva Dövlət Turizm Departamentinin, Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Litva-Azərbaycan Gecəsi" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib. Nazir müavini çıxışı zamanı Azərbaycan-Litva arasında turizm mübadiləsinin artırılmasının vacibliyini vurğulamış, gələcəkdə Litvada da Azərbaycanın tanıtımına həsr olunmuş belə tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Nazim Səmədov Azərbaycan-Litva arasında mövcud turizm əlaqələrinin daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.
Tədbirdə həmçinin, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri də iştirak ediblər.
Tədbir zamanı turizmin təbliği ilə bağlı təqdimatlar keçirilmiş və ikitərəfli turizm əlaqələrinin genişlənməsi üzrə müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB