Lənkəranda rəsm sərgisi təşkil olundu

Lənkəranda rəsm sərgisi təşkil olundu

Lənkəran şəhər uşaq rəssamlıq məktəbində "Biz Olimpi fəth edirik" başlığı altında uşaqların rəsm əsərlərinin sərgisi təşkil olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, sərgidə uşaq rəssamlıq məktəbi şagirdlərinin paytaxtımızda təşkil olunacaq ilk Avropa oyunları ilə bağlı müxtəlif mövzularda əsərləri nümayiş etdirilib. 25 rəsm əsərinin nümayiş olunduğu sərgi tamaşıçılar tərəfindən maraqla qarşılanıb

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə