Nazir: “Bakı şəhərinin naviqatorundan hər kəs pulsuz istifadə edəcək"
" www.gomap.az saytı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə dövlət sifarişi olaraq yaradılıb". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.
Nazir bildirib ki, artıq bu dövlət tərəfindən qəbul olunan yeganə naviqasiya və idarəolunma sistemidir: "Biz Azərbaycan, Türkiyə və Gürcüstanın naviqasiya xəritələrini hazırlamışıq. Amma düşünürük ki, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələr də buraya əlavə olunsa, türk dövlətlərinin vahid naviqasiya sistemi formalaşdırıla bilər. Online rejimində işləyən bu sistemə daxil olmaqla bir obyektdən digər yerə getmə yollarını da öyrənmək mümkündür. Düşünürük ki, bu sistem müsbət qarşılanacaq. Onu da deyim ki, bunu "Google" da verir. Bunun sözügedən şəbəkədən əsas üstünlüyü ondan ibarətdir ki, işğal altında olan və digər ərazilərin real adlar əks olunur. Hesab edirəm ki, artıq bu vahid şəbəkə olandan sonra "Google" özünə də biz təsir gücümüzü artıracağıq ki, həmin şəbəkədə ərazilərimizin adları düzgün qeyd edilsin. Çünki "Google" açıq sistemdir və orada müxtəlif yollarla ərazilərimizin adları dəyişdirilərək naməlum, lazımsız və tariximizə xas olmayan adlar yazdırırlar. Bununla da mənfur düşmənlərimiz mədəniyyətimizi və torpağımızı mənimsəmək istəyirlər. Ona görə də öz naviqasiya sistemimiz çərçivəsində adları düzgün əks etdirərək "Google" və digər şəbəkələrə bunu hazır məhsul kimi təqdim edəcəyik. Xüsusilə diqqətinizə çatdırım ki, İlk Avropa Oyunların keçiriləcəyi müddət ərzində Bakı şəhərinin naviqatorundan hər kəs pulsuz istifadə edə biləcək. Bu I Avropa Oyunlarına bir töhfədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB