Nazir Şarunas Birutislə görüşüb

Nazir Şarunas Birutislə görüşüb

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Litva Respublikasının mədəniyyət naziri Şarunas Birutis arasında ikitərəfli görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, ilk əvvəl Litvalı nazir Foruma dəvətə görə təşəkkürünü bildirmiş və bu forumun Bakıda keçiriləcək I Avropa Oyunları üçün böyük zəmin yaradacağını vurğulayıb.

Həmçinin görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin imkanlarının gücləndirilməsi mövzusunda həyata keçirilmiş Tvinninq layihəsinin uğurla başa çatmasından söhbət açılıb və yeni layihə haqqında məlumat verilib.

Görüş zamanı Azərbaycan və Litva arasında mədəniyyət sahəsində mübadilənin həyata keçirilməsi təklifləri irəli sürülüb.

Eyni zamanda, iki dövlət arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, konsertlərin təşkil olunması kimi məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə