Ağdam Dövlət Dram Teatrı Salyanda qastrol səfərində olub. SİA-nın verdiyi məlumata görə, teatr kollektivi salyanlı tamaşaçıların qarşısına Serbiya yazıçısı Miroslav Mitoreviçin "Gecə yarısı soyğunçuluq" pyesi əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa ilə çıxıb.
Nəzərinizə çatdıraq ki, quruluşçu rejissor Sərvər Əliyevin səhnələşdirdiyi tamaşada cəmiyyətə yaraşmayan əməllərin acı nəticələri tənqid edilir. Tərbiyəvi əhəmiyyət daşıyan tamaşanın ana xəttini isə ailəyə bağlılıq təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB