Ağdaşda kitab bayramı keçirilib

Ağdaş rayon MKS-nin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ənənəvi kitab bayramı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə "Azərbaycanın özü qədər əbədi", "Güclü lider, güclü Azərbaycan", "Böyük Qələbə - 70", "Bakı 2015" I Avropa Oyunları", "Qarabağım qan yaddaşım", "Qədim və nadir kitablar", "Ağdaşlı yazarlar", "Klassik və müasir Azərbaycan ədəbiyyatı", "Mən fəxr edirəm ki, azərbaycanlıyam" və s. başlıqlı sərgilər, fotostendlər nümayiş etdirilib.

Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əliyev ulu öndərin keçdiyi şanlı yola qısa nəzər saldı. İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov kitab bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Sonra MKS-nin direktoru Seyfəddin Feyzullayev nümayiş etdirilən kitablarla bağlı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə