70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda FOTOLAR

70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda FOTOLAR

2-5 may tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilir. Toplantı tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrinin Baş nazir, Baş nazir müavinləri, Maliyyə nazirləri və digər yüksək vəzifəli şəxsləri Azərbaycan Dövlət Musiqili Teatrında olublar. Teatrın Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təqribən 70-ə yaxın ölkədən olan qonaqlar dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşasını izləyiblər. Tamaşadan xoş təəssüratlarla ayrılan ali mənsəbli qonaqlar teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevlə söhbətləri zamanı ecazkar və möhtəşəm musiqidən, ümumilikdə tamaşadan böyük zövq aldıqlarını və razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, "O olmasın, bu olsun" tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli, Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə