"Nabat" Fəcr Film Festivalının qalibi oldu

"Nabat" Fəcr Film Festivalının qalibi oldu

"Nabat" bədii filmi İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalında "East Panorama" müsabiqə proqramında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. SİA-nın verdiyi məlumata görə, festivalda və mükafatların təqdimolunma mərasimində filmin yaradıcı heyəti iştirak edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə lentə alınan filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə